XƏBƏRLƏR

46 saylı məktəbdə mart hadisələri və “Azərbaycanlıların soyqırımı” ilə bağlı tədbir keçirilib

03 may, 2018

Martın 30-da Azərbaycan Dillər Universitetinin  Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Xatirə Qarazadənin təşkilatçılığı və Nəsimi rayonu Ağabəy Novruzbəyli adına 46 saylı tam orta məktəbə pedaqoji təcrübədə olan tələbələrin iştirakı ilə 1918-1920-ci il mart hadisələri və “Azərbaycanlıların soyqırımı”na həsr olunmuş tədbir keçirilib.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Sevinc Budaqova tədbirin məqsədi barədə giriş sözü ilə çıxış edib. O, bildirib ki, əsrlər boyu Azərbaycan xalqının başına gətirilmiş müsibətlər, ermənilərin soyqırım və departasiya siyasəti tariximizdə yaddaqalan ən dəhşətli qanlı hadisələrdir, 1905-ci ildə qəddar ermənilərin tarixdə törətdikləri misli görünməmiş vəhşiliklər 1918-1920, 1948-1953 və 1988 –ci illərdə yenidən təkrar olunub, XIX əsrin axırı və XX əsr Azərbaycanlıların həyatında ən dəhşətli işgəncələr, qırğınlar, soyqırım və mənəvi genosid dövrü olub.

Daha sonra mart hadisələrinin qanlı tarixi müzakirə olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Tədbir siniflər üzrə tarix və coğrafiya müəllimlərinin də iştirakı ilə gün ərzində keçirilib.