XƏBƏRLƏR

Universitet Kitabxanalarında Bibliometrik və Elmmetrik Fəaliyyətin İstiqamətləri

07 iyun, 2021

Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana İnformasiya Xidməti Mərkəzinin təşəbbüsü ilə Universitet Kitabxanalarında Bibliometrik və Elmmetrik Fəaliyyətin İstiqamətləri adlı online seminar keçirilmişdir

2021-ci il İyun ayının 7-də saat 11-00 da Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana
və İnformasiya Xidməti Mərkəzinın təşkil etdiyi “Ali məktəb kitabxanalarında bibliometrik və
elmmetrik fəaliyyətin istiqamətləri” mövzusunda Elmi-təcrübi seminar təşkil olunmuşdur.
Seminarda EKİXM-in əməkdaşı dosent P.F.Kazimi, M.Ələkbərova ilə yanaşı, ADA
Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Elçin Məmmədov,
Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin Kitabxana sistemləri üzrə mühəndisi İltifat
İbrahimov, İqtisadiyyat Universitetinin Kitabxana İnformasiya Mərkəzinın direktoru, fəlsəfə
doktoru Adilə Abdullayeva və Xəzər Universiteti Kitabxana İnformasiya Mərkəzinin
direktoru Tatyana Zayseva məruzə ilə çıxış etmiş və Ali məktəb kitabxanalarının bu
istiqamətdə fəaliyyətinin genişləndirilməsi istiqamətlərini təhlil etmişlər. ADU-n Elmi İşlər
üzrə prorektoru hörmətli Novruz Məmmədov öz nitqində elmi praktik seminarın mövzusu
günün aktual mövzusu olduğunu və universitetin EKİXM-də yeniliklərin tətbiq prosesində
lazımı dəstəyin əsirgəməyəcəyini qeyd etdi.
Məruzələrdə beynəlxalq statuslu məlumat bazaları haqqında geniş məlumat verildi və
məlumat bazalarının təsnifatının yaradılması zərurəti qeyd olundu.
1.Seminar Azərbaycan Ali məktəblərində çap olunan elmi jurnalların beynəlxalq məlumat
bazalarına daxil olunması məsələlərini müzakirə etmiş və bu istiqamətdə mütəmadi
təlimlərin keçirilməsinin zərurəti qeyd edildi.
2.Ali məktəb kitabxanaları, eləcədə AMEA-nın Mərkəzi Elmi Kitabxanası bazası əsasında
elmi jurnalların Milli məlumat bazasının yaradılması barədə təkliflər irəli sürüldü.
3.Azərbaycanın Ali məktəb müəllimləri, tədqiqatçı və alimlərinə beynəlxalq
identifikasiyaların yaradılması haqqında maarifləndirici tədbirlərin keçirilməsi zərurəti qeyd
olundu.
4.Rəqəmsal resursların daimi identifikatorları - DOİ identifikatorların müəyyənləşdirilməsi
və Azərbaycanda çap olunan elmi jurnallarda məqalələrə DOİ identifikatorların verilməsi
praktikasına başlanması tövsiyə olundu.
5.Eləcə də Kitabxanaların ənənəvi informasiya xidmətində qarşıya çıxan statistic
məlumatın işlənməsi və bibliometrik təhlili barədə illik hesabatlara məlumatın daxil edilməsi
tövsiyə olundu.
Seminar iştirakçıları mövzunun aktuallıgını nəzərə alaraq bu istiqamətdə fəaliyyəti davam
etdirmək və mütəmadi keçiriləcək seminarlarda təcrübə mübadiləsi etməyin faydalı
olacagını qeyd etdilər.