Böyük siyasətin bəşəri uğuru Azərbaycan multukulturalizmi modeli
Aprelin 23-də Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dilinin Leksikologiyası və Üslubiyyatı kafedrasının baş müəllimi, metodist Xatirə Qarazadənin təşkilatçılığı və Nəsimi rayonu 46 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan IV kurs tələbələrinin iştirakı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabına həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə məktəbin direktoru, əməkdar müəllim, tarix üzrə elmlər doktoru Sevinc Budaqova tədbirin təşklində əməyi keçən hər kəsə təşəkkür edib. Məktəbin də multikultural dəyərlərə sahib olduğunu deyən direktor bildirib ki, təhsil müəssisəsi Azərbaycan, ibri və rus bölmələrindən ibarət təmayüllü tam orta məktəbdir və multikulturalizmin Azərbaycan modelinin kiçik maketidir.
Daha sonra metodist Xatirə Qarazadə tədbir iştirakçılarına kitabın strukturu və məzmunu barədə ətraflı məlumat verib və Prezidentin nitqində daim əsas götürülən fikirlərə diqqəti yönəldib. O, ölkəmizin 2016-cı ildə Avropa ölkələrində miqrantlara qarşı alçaldıcı hərəkətləri, islamofobiya ilə bağlı artıq açıq-aşkar aqressiv siyasətin fonunda həmin ili Respublikada “Multikulturalizm ili” elan olunduğunu bildirib. Metodist siyasətimizi dünya ictimaiyyətinin anlayacağına və dünyanın multikulturalizmə dəyər verməkdən başqa yolu olmadığını dərk edəcəyinə ümid etdiyini deyib.
Tədbirdə kitabın əsas qayəsi olan “Multikultural dəyərlər Prezidentimizin nitqində” mövzusunda çıxışlar dinlənilib, müzakirələr aparılıb.