XƏBƏRLƏR

ADU-da italyan ədəbiyyatı ilə bağlı seminar keçirilib

03 may, 2018

Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Dilşad Pənahovanın təşəbbüsü ilə 16-29 aprel tarixlərində Tərcümə və mədəniyyətşünaslıq fakültəsində italyan dili ixtisası üzrə təhsil alan tələbələrin italyan ədəbiyyatı ilə bağlı biliklərinin artırılması məqsədilə seminar dərslər keçirilib.

Seminar İtalyan dili və dilçilik üzrə magistratura səviyyəsinə malik olan Lorenzo Pierangeli tərəfindən aparılıb. Dərs müddətində tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayevin imzası əks olunmuş sertifikat Lorenzo Pierangelə təqdim olunub.