XƏBƏRLƏR

İtalyan müəllim ADU tələbələrinə dərs keçib

16 may, 2018

Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və jurnalistika fakültəsinin təşkilatçılığı ilə “Tolerantlıq və Azərbaycanın multikulturalizm siyasəti” mövzusunda ustad dərsi keçirilib. “United Cultures in Baku” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsi Orxan Nəbiyev və Venesiyanın Ca Foscan Universitetinin əməkdaşı Carlo Frappi tərəfindən keçirilən ustad dərsində Filologiya və jurnalistika fakültəsinin 126 a,b, və 338 a, b qrup tələbələri iştirak edib. Carlo Frappi Azərbaycanın multikulturalizm ideologiyası və siyasətinin, Multikulturalizm və mədəniyyətlərarası dialoqu dəstəkləmək kimi dəyərlərin mövcud olması, dünyəvi dövlət modeli, tolerantlıq istiqamətindəki səylərin Avropa İttifaqı və Avropa İttifaqına üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli multikulturalizm termininin yeni olmasına baxmayaraq ölkəmizdə qədim zamanlardan bəri multikultural həyat tərzi və cəmiyyətin formalaşdığını, müxtəlif millət və etnik azlıqların birlikdə mehriban yaşadığını diqqətə çatdırıb. Ustad dərsi qarşılıqlı fikir mübadiləsi ilə davam edib.