XƏBƏRLƏR

ADU-da təlim keçirilib

16 may, 2018

Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə Etika Akademiyasının direktoru Günel İbrahim tələbələrə təlim keçib. G.İbrahim rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və uğurlarından danışaraq bildirib ki, fərdi inkişaf mərkəzi olan Akademiya peşəkar davranış qaydalarını öyrədən vahid baza rolu oynayır.

Daha sonra G.İbrahim “İlk 5 dəqiqə”, “Liderlik”, “İşə qəbul zamanı müsahibədən uğurlu nəticə almaq üçün nə etmək lazımdır?” adlı mövzularla bağlı fikirlərini bölüşüb, uğurlu düşüncənin formalaşması, etiket qaydaları, bədən dili, nitq mədəniyyəti, eləcə də, geyim və dress-kod, aksesuarlar haqqında geniş məlumat verib.

Təlim tələbələrin suallarının cavablandırılması ilə davam edib.