XƏBƏRLƏR

ADU-da dramaturq Jan Rasinin yaradıcılığına həsr olunan tədbir keçirilib

14 may, 2018

Mayın 11-də Azərbaycan Dillər Universitetində (ADU) Xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Gülşən Bağırovanın və Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə “Jan Rasinin yaradıcılığına həsr olunmuş bədii gecə” adlı tədbir keçirilib.

Tədbir zamanı Filologiya və jurnalistika fakültəsinin 237-ci və 340-cı qrup tələbələri tərəfindən Jan Rasinin həyat və yaradıcılığı haqqında məlumat verilib, videoçarx nümayiş olunub. Jan Rasinin “Andromaque” və “Phèdre” tragediyalarından kiçik parçalar səhnələşdirilib.

Erasmus+ proqramı çərçivəsində universitetimizə dəvət olunmuş Montpelliye Universitetinin müəllimi Mari Pier (Marie Pierre) də tədbirdə iştirak edərək J.Rasin və əsərləri haqqında tələbələrə ətraflı məlumat verib və uğurlu çıxışları üçün onlara təşəkkürünü bildirib.