ADU-da videodərs keçirilib
Mayın 11-də Azərbaycan Dillər Universiteti (ADU) ilə Rumıniyanın Aleksandr İohan Kuza Universiteti arasında videodərs təşkil edilib. ADU-nun Təhsil və Beynəlxalq münasibətlər və idarəetmə fakültələrinin tələbələrinin qatıldığı dərs Multikulturalizm elmi-tədqiqat laboratoriyasında (ETL) keçirilib.
Videodərs ADU-da “Multikulturalizmə giriş”, Aleksandr İoan Kuza Universitetində isə “Azərbaycan Multikulturalizmi” fənnini öyrənən tələbələrin iştirakı ilə baş tutub.
Multikulturalizm ETL-in müdiri, dosent İrina Kunina tələbələrə “Azərbaycanın etnik müxtəlifliyi” adlı mühazirə oxuyub. Mühazirədən sonra rumın tələbələrin Azərbaycan multikulturalizmi, etnik-mədəni müxtəliflik, adət-ənənələr və s. haqqında sualları İ.Kunina və ADU tələbələri tərəfindən ətraflı şəkildə cavablandırılıb.