XƏBƏRLƏR

ADU müəllimi Erasmus+ proqramı barədə təqdimat edib

23 may, 2018

 Azərbaycan Dillər Universitetinin (ADU)  German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Zemfira Nağıyeva Erasmus+ proqramı çərçivəsində əldə etdiyi təcrübəni video-təqdimatla universitetin professor-müəllim heyəti və tələbələri, eyni zamanda Ali Tərcümə Məktəbinin tələbələrinə nümayiş etdirib.

Öncə Zemfira Nağıyeva ADU rəhbərliyinə, Erasmus+ layihəsinin koordinatorlarına təşəkkür edib: “Ali Tərcümə Məktəbinin müəllimi Eliza Kadorini ilə təcrübə, müasir təhsil və tədris metodlarının mübadiləsi aparmaq mənim üçün çox maraqlı və faydalı oldu. Bu əməkdaşlıq bizim təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək”. Z.Nağıyeva Ali Tərcümə Məktəbinin tələbələri üçün Bakı haqqında təqdimatla çıxış edib, tələbələrə ölkəmizin adət-ənənələri, mədəniyyəti, görməli yerləri haqqında məlumat verib.

Daha sonra Ali Tərcümə Məktəbinin iki tələbəsi Culinin Luka və Alesya Fontanella video-təqdimatla çıxış ediblər. Onlar Milanda fəaliyyət göstərən təhsil müəssisələrinin strukturu barədə maraqlı faktlar söyləyiblər.

 Qeyd edək ki, Nağıyeva Zemfira mayın 4-dən 11-nə qədər Ali Tərcümə Məktəbi – Civica Scuola İnterpritie Traduttori-də olub. Beynəlxalq layihə çərçivəsində Zemfira Nağıyeva Ali Tərcümə Məktəbinin müəllim heyəti ilə tanış olmaq imkanı qazanıb, tərcümə sahəsində müasir tədris metodlarının mübadiləsi ilə tanış olub,  İqtisadi tərcümə və Neft-qaz mətnlərinin tərcüməsi dərsləri keçib.