XƏBƏRLƏR

ADU tələbələri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik ildönümünə” həsr olunan tədbir keçirib

22 may, 2018
Mayın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin tələbələri Natiq Tağıyev adına 212 saylı tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik ildönümünə” həsr olunan tədbir keçiriblər. ADU-nun İngilis dilinin Leksikologiyası və Üslubiyyatı  kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məlahət Vəliyevanın  rəhbərliyi altında keçirilən tədbirdə Təhsil fakültəsi, İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alan Mustafazadə Aygün, Qafarova Xəyalə, Rüstəmli Nərmin, Miriyeva Ayşən, Səfərli Gülər və Quliyeva Nurtən fəal iştirak ediblər. Tədbirdə Natiq Tağıyev adına 212 saylı tam orta məktəbin “5C” “8Ç” və “9A” sinif şagirdləri İngilis dilində müxtəlif şeirlər söylədilər və “Azərbaycan Xalq Cümhuriyyətinin” yaranmasından  süqutuna kimi olan dövrü əks etdirən müxtəlif təqdimatlar etdilər.