Tələbələr Neft-qaz zavodunun tikinti trestinə səfər ediblər
Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi, komputer tərcümə proqramları Tərcümə 2 (Neft-qaz mətnin tərcüməsi) fənnini tədris edən Elvira İmanovanın rəhbərliyi ilə ispan dili ixtisası üzrə təhsil alan 368 qrup tələbələri Neft Qaz Tikinti Trestinə səfər ediblər.
Tələbələrə əvvəlcə trest haqqında geniş məlumat verilib, tələbələr də öz növbəsində neft-qazla bağlı tərcümələrini təqdim ediblər. Trestin mütəxəssisləri tərcümələrlə bağlı öz müsbət rəylərini bildiriblər və onların suallarını cavablandırıblar.
Tələbələrə neft-qaz sahəsində terminlər lüğətinin elektron versiyası təqdim olunub. Tələbələr onlara göstərilən xüsusi diqqətə görə Neft Qaz Tikinti Trestinin müdir müavini Rza Qibləliyevə minnətdarlıq ediblər.