Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə tələbələrə sertifikatlar təqdim olunub
Mayın 30-da Azərbaycan Dillər Universitetinin Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə fakültənin ictimai və mədəni həyatında fəal iştirak edən müxtəlif kurs və ixtisaslar üzrə təhsil alan bir qrup tələbəyə sertifikatlar təqdim olunub.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı dosent Bənövşə Məmmədova tələbələri salamlayaraq onlara ADU-nu müxtəlif konfranslarda yüksək səviyyədə təmsil etdikləri üçün təşəkkür edib.
Daha sonra rektor müşaviri Anar Osmanlı tələbələrin Azərbaycan Dillər Universiteti Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfransda sinxron tərcüməçi kimi fəallığını xüsusi vurğulayaraq, onların gələcəkdə yüksək ixtisaslı kadrlar kimi yetişəcəyindən əmin olduğunu qeyd edib.