XƏBƏRLƏR

Təcrübəçilər məktəbdə İngilis dili həftəsi keçiriblər

29 may, 2018

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin nəzdində Fonetika kafedrasının müəllimi, metodist Leyla Seyidova  132-134 saylı Təhsil Kompleksində ADU-nun pedaqoji təcrübədə olan tələbələri ilə birgə 3b sinfində İngilis dili həftəsi təşkil edib.

Tədbirdə məktəbin direktoru Sara Xanlarova başda olmaqla, məktəb rəhbərliyi, təcrübədə olan müxtəlif universitetlərin metodistləri və təcrübəçi tələbələr, məktəbin şagirdləri iştirak edib.

Tədbirdə məktəbin direktoru Sara xanım çıxış edərək ADU heyətinin məktəbdəki səmərəli fəaliyyətindən söz açıb və tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.

Tədbirdə şagirdlərin iştirakı ilə fləşmob göstərilib, ingilis dilində şeirlər, mahnılar səsləndirilib, “Qırmızı papaq” nağılını səhnələşdiriblər.

         Tələbələr metodistləri ilə birgə rəhbərlik etdiyi bu tədbiri yüksək qiymətləndirib və bu cür tədbirlərin şagirdlərdə ingilis dilinə olan marağı daha da artıracağını qeyd ediblər.