XƏBƏRLƏR

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası- yeni əməkdaşlıq və təcrübə imkanları

01 oktyabr, 2019

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr tarixində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuşdur.

Açılışda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda keçirilən builki kitab sərgi-yarmarkasına böyük marağın olduğunu söylədi. Bildirdi ki, Azərbaycan xalqının mənəvi dünyasında kitab həmişə özünəməxsus dəyərli yer tutur:

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik etdi:”Bu layihələrdə iştirak etməklə böyüyən nəslə kitaba və kitab vasitəsilə biliklərə, mədəniyyətə, dərin mənəviyyata, əxlaqa möhkəm hörmət və ehtiram sərgiləmiş olacağıq”, - deyə Baş Nazirin müavini vurğuladı.

Sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgilənmişdi və kitabların satışı həyata keçirildi. Eyni zamanda sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, gənc oxucular üçün maraqlı proqramlar və s. tədbirlər keçirildi.

Ziyarətçilər üçün sərgiyə giriş sərbəst idi.

İki ildən bir keçirilən bu Kitab Sərgi-Yarmarkasında ADU 4-cü dəfədir iştirak edirdi. Bu iluniversitetin 12 kafedrasından 146 adda müəllim və professor heyətinin yaradıcılığının nümayişi və satışını keçirdik.

Sərgidə tərəfimizdən bir sıra tanınmış xarici və respublika nəşriyyatları ilə əlaqələrin qurulması reallaşdı, məsələn: Rusiyanın “Şans” nəşriyyatı ilə , nəşriyyatın əsas istiqaməti Çin ədəbiyyatının rus dilinə tərcüməsindən ibarətdir. "Şans" nəşriyyatı Çinin "Pekin universiteti", "Yeni işıq", "Çin xalq mədəniyyəti" nəşriyyatları kimi öndə gedən poliqrafiya evləri ilə əməkdaşlıq edir. "Şans" nəşriyyatı təkcə Rusiyada deyil, Qazaxıstan, Qırğızıstan və Pekində fəaliyyət göstərir. Əlaqə yaratdığımız nəşriyyatlar kitabxanamıza 41 adda kitab hədiyyə etdilər"Şans" nəşriyyatı - 3 , Moskvanın “Международные отношения” -2,Sank-Peterburqun “Лада Русская“- 2 , “Azərnəşr” - 21,  “Apostrof-A 5,  Kaspi- 6 kitab, “1905” nəşriyyatı-2  adda kitab bağışladı.

27-və 28 sentyabrda  AZTV və İctimai telekanalına universitet əməkdaşları müsahibə verdilər, müsahibədə Kitab Sərgi-Yarmarkasının keçirilməsinin universitet və ümumi oxucu auditoriyası üçün əhəmiyyəti qeyd edildi.

Sərgi Univeritet rəhbərliyindən başda Elmi İşlər üzrə prorektor Sevinc Zeynalova olmaqla, dekanlar, mərkəz rəhbərləri, kafedra müdirləri, müəllim və təbələr fəal iştirak etdilər.

Sonda ADU əməkdaşları fəal iştiraka görə diploma layiq görüldü.

Cəmilə Əliyeva, 

ADU-nun kitabxana müdirinin müavini