XƏBƏRLƏR

ELAN

01 oktyabr, 2019

ƏZİZ TƏLƏBƏLƏR!

Sizi asudə vaxtınızı səmərəli keçirmək məqsədilə Xəzər TV-də yayımlanan “Xəzər Aktual” adlı ictimai-siyasi verilişdə iştirak etməyə dəvət edirik.

Azərbaycan Dillər Universitetinin tələbələri ötən il ərzində “Xəzər Aktual” verlişində aktiv iştirak edərək, xüsusi fəallıqları ilə seçiliblər.

“Xəzər Aktual“ adlı ictimai-siyasi veriliş Xəzər TV-də 2018-ci il 26 iyul tarixindən yayımlanır. Veriliş həftə içi beş gün saat 23:10-da efirə gedir.   

Verilişdə ölkəmizdə baş verən iсtimai-siyasi proseslər, dövlətin müxtəlif sahələrdə həyata keçirdiyi uğurlu siyasət və günün aktual mövzuları müzakirə edilir. Millət vəkilləri, ictimai-siyasi xadimlər, politoloqlar, müxtəlif sahələr üzrə ekspertlər iştirak etdiyi veriliş auditoriyasında gənclər və tələbələrin aktiv iştirakına, mövzu ilə bağlı fikir mübadiləsi aparılmasına geniş imkan yaradılır.

Verilişdə iştirak etmək arzusunda olan tələbələr Tələbələrlə iş və tərbiyə  şöbəsinə müraciət edə bilərlər.