“Azərbaycan Tərcümə Ensiklopediyası” kitabının təqdimat mərasimi keçiriləcək
05 iyul, 2018
Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarı ilə nəşr olunan “Azərbaycan Tərcümə Ensiklopediyası” kitabının təqdimat-təhlil mərasimi keçiriləcək.
İyulun 6-da baş tutacaq tədbir ADU-nun əsas binasının akt zalında, saat 11:00-da başlayacaq.
Giriş sərbəstdir, maraqlananlar iştirak edə bilər.