XƏBƏRLƏR

ADU-da “Frankafoniya bayramı” adlı tədbir keçirilib

06 aprel, 2018
Aprelin 6-da Azərbaycan Dillər Universitetində (ADU) Fransız dilinin fonetikası və qrammatikası kafedrası və Fransa Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Frankafoniya gününə həsr olunan “Frankafoniya bayramı” adlı tədbir keçirilib. Tədbirdə fransız dili ixtisası üzrə təhsil alan III kurs tələbəsi Məryəm Həmidova “Ma boheme”, I kurs tələbəsi Mədinə Səmədzadə “Les fleurs que j'aime”, I kurs tələbəsi Nərmin Quliyeva “A celle que j'aime” şeirlərini söyləyiblər, IV kurs tələbəsi Nilufər Məmmədova “On ira”, II kurs tələbəsi Şahverən Babayev “Et si tu n'existais pas” mahnılarını səsləndiriblər. Qeyd edək ki, tədbirdə Bakı Avropa liseyi və Oksford məktəbinin şagirdləri də mahnılar ifa edib, şeirlər söyləyiblər.