XƏBƏRLƏR

ADU-da “Universitet təhsilini bitirdikdən sonra tələbələrin peşəkar həyat hazırlığı” mövzusunda təlim keçirilib

06 aprel, 2018
2-3 aprel tarixlərində Azərbaycan Dillər Universitetindin (ADU) nəzdində fəaliyyət göstərən Frankafoniya mərkəzində Beynəlxalq Frankofoniya təşkilatı və Bakı fransız liseyinin birgə əməkdaşlığı ilə III və IV kurs tələbələri üçün “Universitet təhsilini bitirdikdən sonra tələbələrin peşəkar həyat hazırlığı” mövzusunda təlim kursu təşkil olunub. Təlimçi Malek Ouakaoui müxtəlif təlim metodlarından istifadə edərək öz təcrübələrini tələbələrlə bölüşüb. Tələbələr təlimdə iş həyatına atılmaq üçün CV, motivasiya məktublarının tərtib edilməsi, iş görüşməsi zamanı əməl olunmalı qaydalarla tanış olmaqla yanaşı, fransız dilində danışıq dilini də inkişaf etdirmək fürsəti əldə ediblər.