XƏBƏRLƏR

ADU-da 31 mart soyqırımının 100 illiyi ilə bağlı seminar keçirilib

28 mart, 2018

Martın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Multikulturalizm elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə 31  mart soyqırımının 100 illiyi ilə bağlı seminar keçirilib.

Seminarda məruzə ilə çıxış edən hüquqşünas professor Oleq Yuryeviç Kuznetsov bu hadisələrə hüquqi-siyasi qiymətin verilməsi barədə, eyni zamanda soyqırımı anlayışının yaranma tarixi, müxtəlif dövrlərdə dinc əhaliyə qaşı törədilən kütləvi qırğınlar haqqında ətraflı danışıb.

Daha sonra Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin II kurs tələbəsi Cavidan Abudov “31 mart azərbaycanlıların soyqırımı” adlı təqdimatla çıxış edib. O, azərbaycanlıların kütləvi surətdə qırğınını XX əsrdə törədilən ən faciəli hadisə kimi qiymətləndirib.

Sonda Multikulturalizm elmi-tədqiqat laboratoriyasının müdiri, dosent İrina Kunina professor O.Y.Kuznetsova təşəkkürünü bildirib və  universitetin professor-müəllim heyətinin, tələbələrin seminardan faydalı məlumatlar əldə etdiyini sözlərinə əlavə edib.

İnteraktiv şəkildə keçirilən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.