XƏBƏRLƏR

Kamal Abdulla beynəlxalq konfransın keçirilməsi barədə əmr imzalayıb

27 mart, 2018
Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla beynəlxalq elmi-praktiki konfransın təşkili barədə əmr imzalayıb. Əmrdə qeyd edilir ki, 25-26 oktyabr 2018-ci il tarixində “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilsin. Konfransa hazırlıq işlərinin görülməsi və onun keçirilməsi ilə bağlı məsələlərin həlli üçün 18 nəfərdən ibarət olan Təşkilat komitəsi yaradılıb. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayevə həvalə edilib.