XƏBƏRLƏR

Bakı Amerika Mərkəzində Novruz bayramı qeyd olunub

16 mart, 2018

Martın 16-da Azərbaycan Dillər Universitetinin və ABŞ Səfirliyinin Bakı Amerika Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş tədbir keçirilib.

Tədbirin əsas məqsədi qədim bayramlarımızdan biri olan Novruz Bayramının qeyd edilməsi ilə milli adət-ənənələrimizin qorunması, insanların mənəvi-psixoloji təmizlənməsi, müxtəlif dünya xalqları arasında geniş təbliğidir.

Tədbirdə ADU-nun Bakı Amerika Mərkəzində istehsalat tərcübəsi keçən tələbələri Novruz bayramının tarixi, milli adət-ənənələrimiz və “Beynəlxalq Novruz Günü”nün qeyd olunması haqqında məlumat veriblər.

Tədbirdə Mərdəkan qəsəbəsində 2 saylı İnternat Məktəbinin Nəfəs Alətləri Orkestri, Respublika Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri, 4 saylı Zəngilan Məktəbinin şagirdləri, Bakı Amerika Mərkəzinin balaca istedadlarının ifasında milli rəqslərdən və mahnılardan ibarət olan musiqi proqramı təqdim olunub.

Tədbirdə Kosa ve Keçəlin səhnəyə gəlişi və deyişməsi, Bahar qızının çıxışı, Vokal – Novruz nəğməsi, Novruzum mahnısı, səhnəciklər, İncəlik rəqsi, Şələkü rəqsi, Zaqatala, Qızıl Lalə və “Yallı” rəqsləri nümayiş olunub.