XƏBƏRLƏR

ADU-nun yaponşünas tələbələri ilə görüş olub

16 mart, 2018

Martın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) Yaponiya Araşdırmalar Mərkəzində Yaponiyanın Kyoto Universitetinin magistrantları - Hüseyn Əsgərov və Fukuşima Şotaronun, eləcə də 2 il Yaponiyada təhsil almış universitetimizin məzunu Azər Zeynalovun Yaponşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilib.

Görüşdə qonaqlar Yaponiya təhsil sistemi haqqında geniş məlumat verərək təhsildə inkişaf etməyin və uğur qazanmağın yolları barədə təcrübələrini bölüşüblər. Qonaqlar Yaponiyanın ali təhsil müəssisələrində, o cümlədən magistratura, kollec və ixtisas məktəblərində reallaşan təhsilin mahiyyəti və təhsilin gələcək karyeranın qurulmasında rolu haqqında məlumat veriblər.

Yaponiya və Azərbaycan mədəniyyəti, onların fərqli və oxşar cəhətləri haqqında da müzakirələr aparılıb. Eyni zamanda qonaqlar yaponşünas tələbələrin asudə vaxtlarını necə keçirmələri və gələcəkdə karyeralarını necə quracaqları ilə maraqlanaraq bu istiqamətdə onlara tövsiyələrini veriblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.