ADU-nun İtalyan dili Mərkəzi “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirib
14 mart, 2018
Martın 13-də Azərbaycan Dillər Universitetində (ADU) İtalyan dili Mərkəzinin təşkilatçılığı ilə “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilib.
İtalyan dili mərkəzinin müdiri Nərgiz Cəfərova tədbir iştirakçılarının Novruz bayramını təbrik edib və bayramın tarixi, adətləri və atributları barədə ətraflı məlumat verib.
Tədbirdə İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari tədbirin təşkil edilməsində əməyi keçən hər kəsə təşəkkür edib və İtalyan dili Mərkəzinin bu təşəbbüsünü yüksək dəyərləndirdiyini söyləyib.
Sonda universitetin italyan dili ixtisası üzrə təhsil alan tələbələri Novruz bayramı ilə əlaqədar səhnəciklər nümayiş etdirib, rəqslər və mahnılar ifa ediblər.