XƏBƏRLƏR

Dillər Universiteti professorunun rəyi Çin mətbuatında

14 mart, 2018
Çin Xalq Respublikasının “Sinxua” Dövlət İnformasiya agentliyində “Diqqət mərkəzində: Çində konstitusion dəyişiklik inkişaf və sülh üçün vacib hesab edilir” adlı analitik material yayımlanıb. Material ÇXR-in sədri Si Çzinpinin yeni dövrdə sosializmin Çin modeli ideyası əsasında Ümumçin Xalq Nümayəndələrinin illik sessiyasında ÇXR konstitusiyasının preambulasına daxil edilib. Məqalədə Rusiya, Yaponiya, Fransa politoloqları və ekspertlərinin şərhləri ilə yanaşı, ADU-nun professoru Rafiq Abbasovun da mövqeyi yer alıb. Rafiq Abbasov  qeyd edib ki, ÇXR-in konstitutsiyasının preambulasında edilmiş dəyişiklik dövlət idarəçiliyinin təşkilati prinsiplərinin müasir tələblərə uyğunlaşdırılmasında mühüm addımdır. Bildirib ki, Çində mütəmadi olaraq həyata keçirilən institusional islahatlar Çin Kommunist Partiyasının  idarəetmədəki aparıcı rolunu daha da gücləndirir və onun rəhbərliyi altında  Çin xalqı Çin modelli sosializm quruculuğunun  təkmilləşməsinə istiqamətlənmiş siyasi inkişaf yolunda irəliləyir.