XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Respublika tələbə-şagird elmi konfransı

09 mart, 2018
27-28 aprel 2018-ci il tarixində Azərbaycan Dillər Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” adlı respublika tələbə-şagird elmi konfransı keçiriləcəkdir.           Konfrans öz işini aşağıdakı bölmələr üzrə aparacaqdır:
  • Heydər Əliyev və azərbaycançılıq;
  • Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində;
  • Azərbaycan tarixi və mədəniyyəti;
  • Dil və ədəbiyyat;
  • Pedaqogika və Psixologiya.
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis          Sizi bu konfransda iştirak etməyə dəvət edirik. İştirakla bağlı məlumat və məruzənin tezisi elektron formada 30 mart 2018-ci il tarixindən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir: E-mail:  [email protected] Ünvan: Azərbaycan Dillər Universiteti, Bakı şəhəri, Rəşid Behbudov küçəsi 134, AZ1014. Telefon: (+99412) 441 31 82          Konfransın təqvimi:
Məruzələrin göndərilməsi üçün son tarix 30 mart 2018-ci il
Qəbul edilən məruzələr haqqında məlumatın verilməsi 10 aprel 2018-ci il.
Konfransın plenar iclasının açılış mərasimi 27 aprel 2018-ci il.
Bölmənin iclasları və konfransın bağlanış mərasimi 28 aprel 2018-ci il.
  Tezislərin tərtibi qaydaları:
  1. Tezislər – həcm 2 səhifə,  format- A4, ölçü -12, şrift  -Times New Roman, sətirlərarası interval – 1.5.
  2. Xülasə: tezislərin dilindən asılı olaraq - ingilis və rus, Azərbaycan və ingilis, Azərbaycan və rus dillərində.
  3. Tezislər elektron formatında təqdim edilmədir.
Məruzələrdə istinad və mənbələrin göstərilməsi vacibdir. İstinad və mənbələr aşağıdakı qaydada göstərilir:
  1.  Tezislərin sonunda verilən ədəbiyyatın siyahısı əlifba ardıcıllığı ilə düzülür.
  2. İstinad mənbəyi ədəbiyyatın siyahısı üzrə müəllifin soyadı, nəşrin ili və istinad olunan    səhifəsi göstərilir (Məsələn: Məmmədov 2017, səh. 18).
  3. İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə göstərilir. Son 5-10 ildə çap olunmuş əsərlərə üstünlük verilməsi tövsiyə olunur.
Jurnal və ya məcmuələrdə dərc olunmuş məqalələr barədə məlumatların verilmə ardıcıllığı: Müəllif, məqalənin adı, çap olunduğu məcmuənin göstəriciləri . Məsələn: Maleva A.N. Rus morfologiyasının əsasları// MDU-nun məlumat bülleteni, 2015, səh.17-33. Məruzənin strukturu:
  1. Müəllifin soyadı, adı, atasının adı, təhsil aldığı müəssisənin adı qalın şriftlə
  2. Elmi rəhbəri (elmi dərəcəsi, elmi adı, soyadı, adı, atasının adı) qalın şriftlə
  3. Təşkilat və şəhərin adı qalın şriftlə
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məruzələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcək. Konfransın materialları toplu şəklində nəşr ediləcəkdir. Təşkilati məsələlərlə bağlı suallarınızı  yuxarıda göstərilmiş ünvana göndərə bilərsiniz.