ADU-da “Kütləvi informasiya vasitələri və onların dilə təsiri” mövzusunda dəyirmi masa keçirilib
08 fevral, 2018
Fevralın 8-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Linqvokulturologiya kafedrası tərəfindən “Kütləvi informasiya vasitələri və onların dilə təsiri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirilib, KİV-in ana dilimizə mənfi və müsbət təsirlərindən danışılıb və müzakirələr aparılıb.
Daha sonra baş tutan iclasda kafedrayla bağlı məsələlərdən söz açılıb, eyni zamanda II kurs magistrlərin hesabatları dinlənilib.
Sonda isə TEC-in sədri Lamiyə Muğalova tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Respublika tələbə-şagird elmi konfransı ilə bağlı məlumat verilib və bu istiqamətdə bir çox təklif və mülahizələr səsləndirilib.