XƏBƏRLƏR

“Fransada din” mövzusunda seminar keçirilib

19 yanvar, 2018
Yanvarın 19-da Fransa Məlumat Mərkəzi və Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimovanın birgə təşkilatçılığı ilə Parisdəki Qaçqınların işləri üzrə ixtisaslaşmış komitənin hüquqşünası Fidan Xəlilova ilə “Fransada din” mövzusunda onlayn seminar keçirilib. Fransanın vicdan azadlığının konstitusiyada əksini tapdığı dünyəvi bir ölkə olduğunu bildirən Fidan Xəlilova dinin dövlətdən ayrı olduğunu bildirib. Seminar zamanı Fransada dini vəziyyət digər Avropa ölkələri ilə müqayisə edilib. Eyni zamanda Fransada İslam dini ilə bağlı verilən qərarlar, burada yaşayan digər dinlərə mənsub insanlar və dini mənsubiyyətinə görə onların  hansı çətinliklərlə qarşılaşdıqları haqqında da danışılıb. İnteraktiv şəkildə keçən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.