XƏBƏRLƏR

ADU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib

25 dekabr, 2017
Azərbaycan Dillər Universitetində (ADU)  Xarici dillərin tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib. Tədbirdə tələbələr tərəfindən Azərbaycan, İngiltərə, Rusiya və Fransada Yeni ilin qeyd olunmasına aid fərqli adət-ənənələr, rəqslər, şeirlər, səhnəciklər nümayiş olunub. Tədbirdə eyni zamanda ölkəmizdə yaşayan azsaylı xalqlara məxsus folklor nümunələrinin təqdimatı və ümummilli lider Heydər Əliyevin ifasında “Azərbaycan” şeirinin yer aldığı kadrlar nümayiş olunub. Sonda Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri professor Gülnar Hüseynzadə tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib. ADU-nun rektorunun məsləhətçisi Anar Osmanlı akademik Kamal Abdullanın adından hər kəsə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik ünvanlayıb, tədbirin təşkilatçılarına və tələbələrə təşəkkür edib.