XƏBƏRLƏR

ADU-da “Azərbaycan və dünya ölkələrinin YUNESKO tərəfindən qəbul olunan mədəni irs nümünələri” mövzusunda seminar keçirilib

25 dekabr, 2017
Dekabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadənin təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində  “Azərbaycan və dünya ölkələrinin YUNESKO tərəfindən qəbul olunan mədəni irs nümünələri” mövzusunda seminar keçirilib. A.Soltanzadə ölkəmizin 1992-ci ilin iyunundan YUNESKO-ya üzv qəbul olunduğunu bildirib. O, qeyd edib ki, 1972-ci ildə zəlzələlər və müharibələrdən sonra mədəniyyət abidələrinin qorunması məqsədi ilə YUNESKO tərəfindən ümumdünya irsinin siyahısı haqqında qərar qəbul olunub. Daha sonra A.Soltanzadə Azərbaycanın YUNESKO tərəfindən qəbul olunan mədəni irs nümünələri haqqında iştirakçılara ərtaflı məlumat verib. Seminarda Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 247, 250 və 251-ci qrup tələbələri İtaliya, Danimarka və Niderland, Türkiyə, Yaponiya, İndoneziya, Braziliya, Çin, Gürcüstan və Ermənistanın  mədəni irs nümunələri haqqında  təqdimatla çıxış ediblər.