XƏBƏRLƏR

ADU-da “Hind rəqsinin ecazkarlığı” adlı festival keçirilib

25 dekabr, 2017
Azərbaycan Dillər Universitetində (ADU) universitetin Hindi dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə “Hind rəqsinin ecazkarlığı” adlı festival keçirilib. “Bir günlük xəlifə” proqramı çərçivəsində Hindi dili və mədəniyyəti mərkəzinə müdir vəzifəsinə seçilən Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Hindistanşünaslıq ixtisası üzrə II kurs tələbəsi Rəşid Tağıyevin ideya müəllifi olduğu “Hind rəqsinin ecazkarlığı”və “Hindistan olduğu kimi” layihələri əsasında keçirilən festivalda Hindistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələr hind milli rəqslərini ifa ediblər. Qeyd edək ki, festivalın keçirilməsinin əsas məqsədi Hindistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Hindistan mədəniyyəti ilə daha yaxından tanış etmək olub.