XƏBƏRLƏR

ADU-nun tələbələri III yerə layiq görülüb

25 dekabr, 2017

Bu günlərdə Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyəti tərəfindən “III Qış Elm Festivalı” keçirilib. Azərbaycan Dillər Universitetinin Elmi əməkdaşlıq və Magistratura şöbələri festivalda Auditoriya+ proqramı çərçivəsində birgə hazırladıqları layihə ilə iştirak edib.

20-dən çox ali təhsil müəssisəsinin tələbələri və orta məktəb şagirdləri tərəfindən 100-ə yaxın layihənin nümayiş etdirildiyi festivalda magistratura pilləsində təhsil alan tələbələrimiz “Multikulturalizm şəraitində dillərin tədrisi” adlı layihə ilə III yerə layiq görülüblər. Tələbələrimiz diplom və sertifikatlarla mükafatlandırılıblar.