ADU ilə Parisin Lui Pastör İnstitutu arasında video-konfrans keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Frankofoniya Mərkəzi ilk dəfə olaraq Parisin Lui Pastör (Louis Pasteur) İnstitutu ilə video-konfransa qoşulub.
ADU-nun fransızdilli tələbə və müəllimlərinin iştirak etdiyi konfransda Lui Pastör İnstitutunun professoru, Tibb sahəsi üzrə Nobel mükafatı laureatı Fransuaz Barre -Sinussi “QİÇS virusunun əlamətləri və aradan qaldırılması yolları” mövzusunda fransız dilində məruzə söyləyib. O, AİDS-QİÇS viruslarının yayılma səbəbləri, bununla əlaqədar bütün dünyada aparılan geniş tədbirlər və bu sahə üzrə öz elmi araşdırmalarından söz açıb.
Sonda Fransuaz Barre-Sinussi gəncləri bütün yoluxucu viruslardan qorunmaq üçün öncə düzgün qidalanmağa və sağlam həyat tərzi sürməyə səsləyib.







