XƏBƏRLƏR

ADU-da “Dilimizin tarixinin qorunmasında dialekt və şivələrin rolu” mövzusunda tədbir keçirilib

21 dekabr, 2017
Dekabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrasının müəllimi Aynur Sadıqovanın təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Dilimizin tarixinin qorunmasında dialekt və şivələrin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə dialektologiya anlayışı, ayrı-ayrı bölgələrin dialektinin özünəməxsus xüsusiyyətləri və qruplar üzrə təsnifatı, onun ədəbi dil və tarixlə əlaqəsi, eyni zamanda dialektologiyanın ədəbi dilin zənginləşməsində mənbə rolunu oynadığı qeyd olunub. Tədbirin bədii hissəsində ayrı-ayrı bölgələrin dialektinin xüsusiyyətlərini əks etdirən səhnəciklər tələbələrin ifasında nümayiş olunub. Ssenarisi tələbələr tərəfindən yazılan bu səhnəciklərdə müxtəlif mövzular canlandırılıb. Daha sonra ssenarilərdə yer alan şivə və dialekt sözlərin ədəbi dildəki qarşılıqları haqqında ətraflı məlumat verilib.