ADU-da silsilə təqdimatlar keçirilib
12 dekabr, 2017
Dekabr ayında Azərbaycan Dillər Universitetində (ADU) “Beynəlxalq Frankofoniya Təşkilatının 2017-2018-ci il təqaüd proqramları” mövzusunda silsilə təqdimatlar keçirilib. Təqdimatlarda ADU-nun Frankofoniya Mərkəzinin baş mütəxəssisi Jalə Salmanova, Fransa Məlumat Mərkəzinin müdiri Günay Məmmədova və müəllimlər iştirak edib.
Təqdimatlarda universitetin IV kurs tələbələrinə (fransız dilli) xaricdə pedaqoji təcrübə imkanları, qeydiyyat şərtləri, lazımi sənədlərin hazırlanması haqqında geniş məlumat verilib.
Eyni zamanda təqaüd proqramına müraciət etməklə bağlı tələbələrə qaranlıq qalan digər məqamlara aydınlıq gətirilib.
Görüşlər tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.