“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında”
12 yanvar, 2018
ADU-da kitabın təqdimatına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb
Yanvarın 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabın universitetdə və respublika ərazisində təqdimatına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
528 səhifədən ibarət olan kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Əli Həsənov, tərtibçiləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AZƏRTAC-ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xuduyevdir.
Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, onun təşəbbüsü və rəhbərliyi altında ölkəmizin multikulturalizm, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirilməsi səhəsində həyata keçirdiyi layihələrdən, bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə əldə edilən nailiyyətlərdən bəhs olunur.
Kitab siyasətçilər, ölkəşünaslar, mədəniyyətşünaslar, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.