XƏBƏRLƏR

ADU-da “Avropada təhsil və təqaüd proqramları” adlı tədbir keçirilib

08 dekabr, 2017

Dekabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) Fransız dilinin fonetikası və qrammatikası kafedrası və Fransa Məlumat Mərkəzinin təşkilatçılığı, eyni zamanda Avropa Kollecinin Azərbaycanda işgüzar səfərdə olan nümayəndə heyətinin iştirakı ilə “Avropada təhsil və təqaüd proqramları” adlı tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən Avropa Kollecinin akademik heyətinin direktoru Tomas Tatinac kollecdə mövcud olan fakültələr, qəbul qaydaları, təhsil sistemi və burada təhsil almağın üstünlüklərindən danışıb. O, həmçinin Polşa və Brüssel universitetlərindəki təqaüd proqramlarından bəhs edib.

Tədbir zamanı iştirakçılara hər il onlarla tələbənin Avropa universitetlərində təqaüd proqramlarından yararlanması haqqında təqdimat nümayiş olunub. Eyni zamanda, belə təqaüd proqramlarından yararlananlar arasında azərbaycanlı tələbələrin olması da qeyd olunub.

İnteraktiv şəkildə keçən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.