ADU-da “Piqmalion” əsəri ingilis dilində tamaşaya qoyulub
05 dekabr, 2017
Dekabrın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Təhsil fakültəsinin 308 B qrupunun tələbələri Bernard Şounun “Piqmalion” əsəri əsasında hazırladıqları tamaşanı ingilis dilində təqdim ediblər.
Səhnə əsəri tələbələrlə yanaşı, Təhsil fakültəsinin nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının təşkilatçılığı ilə baş müəllim Gülşən Məhərrəmova tərəfindən hazırlanıb.
Sonda ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov tamaşanın çox uğurlu alındığını söyləyərək, tələbələrdən əsəri universitetin əsas binasında da səhnələşdirməyi xahiş edib.