XƏBƏRLƏR

“ Xarici Elmi Jurnallara Elmi Məqalənin Yazılma Qaydaları” adlı elmi praltik seminar

18 yanvar, 2022

Müasir təhsil sisteminin bütün pillələrinin əlaqəli inkşafı və ineqrasiyasını təmin etməklə elm-metodiki və akademik xidmətləri göstərmək aktual iş prinsipidir. Universitetin magistr, doktorant və tədqiqatçı heyyətinə möhtəbər akademik platformalardan istifadə bacarıqlarının aşılanması üçün elmi məlumat resurs bazası olan ADU-nun Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi və Elm şöbəsinin birgə təşkilatçılığı ilə 18 yanvar tarixində “Xarici Elmi Jurnallara Elmi Məqalənin Yazılma Qaydaları” adlı elmi praltik seminar geçirilmişdir.

Seminarın birinci mövzusu: ORCİD identifikasiyası - Elm adamları və akademik şəxsiyyətləri bənzərsiz olaraq tanıdan 16 rəqəmli koddan ibarət beynəlxalq ORCİD - “Open Researcher and Contributor ID” (Tədqiqatçı və iştirakçının açıq identifikatoru) haqqında mövzunu  Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi, Analitik İnformasiya Xidmətləri bölməsi əməkdaşı dos.P.Kazıml ayın şərh etdi.

 Bildiyimiz kimi zaman keçdikcə hər xidmət sahəsində olduğu kimi kitabxanalarda da xidmət funksiyaları dəyişir. ADU Elektron Kitabxana və İnformasia Xidməti Mərkəzində də həm ənənəvi, həm onlayın və həm də social şəbəkə  vasitəsi  kimi formatda istifadəçi, oxucu xidməti həyata keçirilir.

Xidmətlərimizdən biri də ADU akademik cəmiyyəti üçün ORCİD identifikasiyasının müəyənləşdiriməsidir. Bu xidmət Azərbaycan universitet kitabxanaları arasında yalnız ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzində  göstərilir

 ORCİD  müəlliflərin şəxsi identifikasiyası sistemi kimi mövcuddur. Unikal 16 rəqəmli ORCID beynəlxalq səviyyədə tanınır. ORC İD  kodla daxil olmaqla, elmi tədqiqatların əsas beynəlxalq məlumat bazalarında müəllifi müəyyən etməyə imkan verir. ORCİD  identifikasiyası müəllifin materiallarını toplayıb bir platformada cəmləşməyə xidmət edir.

Bu günkü elimi pratik seminarda yeni elmi xidmətlərimizdən biri olan ilkin təqdimat da nümunə olaraq göstərilmişdir.

      Seminarın ikinci mövzusu : Sosial elmlər, təhsil və psixologiya ilə əlaqəli əsərlərdə istifadə olunan istinad   üsullarından biri APA ( Amerikan Psixoloji Assosiasiyası) istinad   üsullu. Məlumdur ki, elmi jurnallarda məqalələrin çap edilməsi üçün resursların tərtibatında dünya standartları təklif edilir. Akademik məqalələrdə istifadə edilən ən məşur formalaşdırma üslublarından dünya təcrübəsində ən çox : APA (American Psychological Association) , MLA  Modern Language Association, Chicago Manual of Style (CMOS) və s. nəşr  edilmiş əsərlər üçün üslub bələdçisi kimi adı çəkilən üslublara  müraciət olunur.

MLA üslubu resursları Müasir Dil Assosiasiyasının sitat və format üslubundan necə istifadə etməyi öyrənməyə kömək edir.

Jurnalistlər və digər xəbərlər və media yazarları tərəfindən istifadə edilən Associated Press Style (APS).

Chicago Manual of Style (CMOS) humanitar elmlərdə istifadə olunur. APA formatı akademik tədqiqatlarda tez-tez istifadə olunan sitat formatlarından biridir. APA "Amerika Psixoloji Assosiasiyası" sözlərinin baş hərflərindən yaranıb. Seminarda təlimçi Üıviyyə Xəlilova   sosial elmlər, təhsil və psixologiya ilə əlaqəli əsərlərdə istifadə olunan istinad üsullarından biri APA (Amerikan Psixoloji Assosiasiyası) standartı haqqında ətraflı məlumat verdi.

  • Ülviyyə Xəlilova ADU-nun Regionşunaslıq kafedrasının müəllimidir.Ülviyyə xanım bir sıra xarici universitetlərin” Tədqiqat metodu” üzrə onlayın təlimlərin iştirakçısı olub və sertifikata layiq görülüb.Bu il də İtalyada məqalələrin yazılmasıyla bağlı çıxışı gözlənilir.