XƏBƏRLƏR

255 nömrəli tam orta məktəbin şagirdləri ADU-da olublar

01 dekabr, 2017

Dekabrın 1-də Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 255 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri Azərbaycan Dillər Universitetində (ADU) olublar. Adıçəkilən məktəbin ingilis dili müəllimi Könül Məmmədovanın təşəbbüsü əsasında baş tutan görüşün əsas məqsədi şagirdlərdə universitet haqqında ilkin təsəvvürlər yaratmaq, onlarda ali təhsil almaq üçün motivasiyanı gücləndirmək və gələcək seçimləri haqqında doğru fikir formalaşdırmaqdır.

ADU-nun Təcrübə, professional inkişaf və karyera şöbəsinin müdiri Məmməd İsmayılov şagirdlərə universitetin beynəlxalq əlaqələri, tədris prosesi, fakültə və ixisasları, tədris olunan dillər, maraqlı layihələri haqqında ətraflı məlumat verib. Daha sonra şagirdlər universitetdə fəaliyyət göstərən auditoriyalar, elmi tədqiqat laboratoriyaları, mərkəzlər, muzey, Ulu öndər Heydər Əliyev lektoriyası və s. ilə tanış olublar.