XƏBƏRLƏR

ADU-da “Fransada kino: tarix və müasirlik” adlı tədbir keçirilib

30 noyabr, 2017

Noyabrın 29-da Azərbaycan Dillər Universitetində (ADU) Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində “Fransada kino: tarix və müasirlik” adlı tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə məsul şəxsi Jervez Mate (Gervaise Mathé) ilk dəfə kinonun kim tərəfindən və harada yaranmasından danışıb. O, həmçinin səssiz kadrlardan başlayaraq günümüzə qədər olan filmlərdən, aktyor və aktrisalardan bəhs edib.

Tədbir zamanı “Suçunun sulanması” süjeti və daha bir neçə səssiz kadr, eyni zamanda “Cənnətin uşaqları”, “Aya səyahət” kimi səsli filmlərdən də kiçik kadrlar nümayiş olunub.

Hər iki ölkənin filmlərini müqayisə edən J.Mate Azərbaycan filmlərində altyazı azlığından, fransız filmlərində isə Azərbaycan dilində altyazının olmamasından danışıb.

İnteraktiv şəkildə keçən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.