XƏBƏRLƏR

ADU-da “Xatirədir” adlı bədii tədbir keçirilib

24 noyabr, 2017

Noyabrın 24-də Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Yazarlar Klubunun təşkilatçılığı ilə “Xatirədir” adlı bədii tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən ADU-nun TGT sədri Günay Səmədli xalqımızın ədəbiyyata, incəsənətə bağlı olduğunu vurğulayaraq, tədbirdə tələbələrin milli müsiqimizə, ədəbiyyatımıza və məşhur filmlərdən ən yaddaqalan səhnələrə öz dəsti-xətləri ilə toxunduqlarını bildirib.

Daha sonra tədbirin təşkilatçısı, Yazarlar Klubunun sədri Vəzifə Əhmədova tədbirə bir neçə təhsil ocağından tələbələ və şagirdlərin də qatıldığını diqqətə çatdırıb.

Tədbirdə tələbələr tərəfindən hazırlanmış səhnəciklər nümayiş olunub.

Sonda ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov tədbirin yüksək səviyyədə baş tutduğunu vurğulayaraq, bütün təşkilatçılara öz təşəkkürünü bildirib.