XƏBƏRLƏR

ADU-da İndoneziya xalq tamaşaları mövzusunda təqdimat keçirilib

23 noyabr, 2017

Noyabrın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) İndoneziya Araşdırmalar Mərkəzində Regionşünaslıq kafedrasının əməkdaşı Nailə Məmmədova “İndoneziyanın mistik teatrı Vayanq” mövzusunda təqdimatla çıxış edib.

İndoneziya xalq tamaşalarının qədim zamanlardan dini ayinlərin və el şənliklərinin mühüm tərkib hissəsi olduğunu vurğulayan N.Məmmədova, ölkədə teatr tamaşası nümayiş olunmadan heç bir şənliyin baş tutmadığını söyləyib.

Sonda ADU-nun İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrin hazırladığı, indoneziyalılar tərəfindən müqəddəs sayılan kölgə tamaşalarında səhnələşdirilən sənət nümunələrinə bənzər əl işləri nümayiş olunub.