XƏBƏRLƏR

ADU-da YAP-ın yaranması ilə bağlı tədbir keçirilib

21 noyabr, 2017

Noyabrın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi kafedrasının təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının ildönümünə həsr olunan tədbir keçirilib.

Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev Yeni Azərbaycan Partiyasının yaranması haqqında ümumi məlumat verib. O, xalqımızın və dövlətimizin tarixində həlledici rol oynayan Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabrın 21-də yarandığını bildirib. Professor qeyd edib ki, SSRİ rəhbərliyinin səriştəsiz siyasəti müstəqillik meyillərinin ölkə miqyasında canlanmasına səbəb olub.

Xarici dövlətlərin Azərbaycanla bağlı planlarından danışan A.Babayev həmin dövrdə ölkəmizə vacib olan müstəqillik və suverenliyin ümummilli lider Heydər Əliyev şəxsiyyəti timsalında bəxş olunduğunu söyləyib. Onun sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi altında, YAP-ın ölkəmizdəki fəaliyyəti və ulu öndərin siyasi təcrübəsi ilə Azərbaycan xilas yolunu tapıb. A.Babayev Azərbaycanda milli dövlətçiliyin möhkəmlənməsi, azərbaycançılıq ideyasının yaranması, dövlətimizin dünya miqyasında nüfuz qazanması, beynəlxalq əlaqələrinin meydana gəlməsi, eyni zamanda diaspor təşkilatlarının yaranması və s. kimi önəmli məsələlərin Heydər Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsi olduğunu sözlərinə əlavə edib.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.