XƏBƏRLƏR

“Hindistan cəmiyyətində dinlərin rolu” mövzusunda seminar

21 noyabr, 2017

Noyabrın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) Hind dili və mədəniyyəti mərkəzində “Hindistan cəmiyyətində dinlərin rolu” mövzusunda seminar keçirilib.

Seminarda mərkəzin mütəxəssisi Vüsal Quliyev Hindistanda mövcud olan hinduizm, islam, xristianlıq, buddizm, siqhizm, ceynizm kimi dinlər haqqında məlumat verib. O, bu dinlərin insanların həyatına etdiyi təsirlərdən və təşəkkül prosesindən danışıb. V.Quliyev, həmçinin müasir dövrdə dini inanclara sahib insanlar haqqında statistik məlumatları çatdırıb.

Sonda tələbələrin sualları cavablandırılıb.