XƏBƏRLƏR

ADU-da şair Tofiq Salehlə görüş keçirilib

14 noyabr, 2017

Noyabrın 14-də Azərbaycan Dillər Universitetinin (ADU)  Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi İlahə Kazımovanın təşkilatçılığı ilə şair Tofiq Saleh Auditoriya+ proqramı çərçivəsində universitetin tələbələri ilə görüşüb.

ADU-nun Təhsil fakültəsinin II kurs tələbələrinin iştirak etdiyi görüşdə şair öz həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. 13-14 yaşlarından başlayaraq yaradıcılıqla məşğul olduğunu qeyd edən T.Saleh xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirinin onda poeziyaya maraq oyatdığını söyləyib.

“Müasir dünyada poeziyanın rolu” mövzusunda fikirlərini tələbələrlə bölüşən T.Saleh şairin cəmiyyətdə rolu, poeziyanın gənc nəslin tərbiyəsinə və inkişafına müsbət təsirindən söz açıb.

Tədbirdə şairin tələbələr tərəfindən səsləndirilən şeirləri müzakirə edilib, tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Sonda T.Saleh müəllifi olduğu kitablardan tələbələrə hədiyyə edib.