XƏBƏRLƏR

ADU-da “Azərbaycan multikulturalizmi ölkə daxilində və xaricində siyasi model kimi” mövzusunda dəyirmi masa keçirilib

14 noyabr, 2017

Noyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Multikulturalizm elmi-tədqiqat laboratoriyası (ETL) və Rusiyaşünaslıq ETL-in birgə  təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində “Azərbaycan multikulturalizmi ölkə daxilində və xaricində siyasi model kimi” mövzusunda dəyirmi masa keçirilib.

Açılış nitqi ilə çıxış edən rektorun elm və təhsil məsələləri üzrə müşaviri Seyfəl Həsənov dəyirmi masanın əhəmiyyətli bir mövzuya həsr edildiyini xatırladaraq tələbələrə onlara faydalı ola biləcək bu tip tədbirlərdə aktiv iştirak etməyi tövsiyə edib. Tədbir iştirakçılarının müəyyən informasiyaya yiyələnmək imkanı əldə etdiyini qeyd edən S.Həsənov gələcəkdə tələbələrin də belə tədbirlər təşkil edəcəyinə əmin olduğunu vurğulayıb.

Universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələrinin iştirak etdiyi dəyirmi masada Multikulturalizm ETL-in elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “Azərbaycanın multikulturalizm modeli”, Rusiyaşünaslıq ETL-in müdiri, f.e.d., professor Məmməd Əliyev “Dinlərarası tolerantlıq”, Multikulturalizm ETL-in elmi işçisi, f.ü.f.d. Rəşad İlyasov “İslam həmrəyliyi və multikulturalizm”, Multikulturalizm ETL-in kiçik elmi işçisi Turan Kərimli isə “Heydər Əliyev Fondunun xarici layihələri” mövzularında məruzə ilə çıxış ediblər.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.