XƏBƏRLƏR

ADU-nun əməkdaşı IREPI-nin fəxri üzvü seçilib

13 noyabr, 2017
Azərbaycan Dillər Universitetinin (ADU) İtalyan dili mərkəzinin müdiri Nərgiz Cəfərova İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (IREPI) fəxri üzvü seçilib. Azərbaycan Dillər Universitetinin (ADU) İtalyan dili mərkəzinin müdiri Nərgiz Cəfərova İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (IREPI) fəxri üzvü seçilib. IREPI bir araşdırma mərkəzi kimi Avropa, Amerika, Asiya və Afrika dövlətlərində siyasət, sosiologiya və beynəlxalq iqtisadiyyat sahəsində analitik tədqiqatlar aparır. IREPI mövcud qloballaşmış cəmiyyətin və yeni transmilli fenomenlərin təhlili və innovativ beynəlxalq layihələrin hazırlanması məqsədilə dünyanın müxtəlif ölkələrindən olan geoanalitiklərin, analitik jurnalistlərin və tədqiqatçıların bir platformada fəaliyyətini təmin edir.   http://irepi.com/en/