ADU-da onlayn seminar keçirilib
02 noyabr, 2017
Noyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Fransa Məlumat Mərkəzi və Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Parisdəki Qaçqınların hüquqları üzrə komitənin hüquqşünası Fidan Xəlilova ilə onlayn seminar keçirilib.
Seminarda Fransada immiqrantların hüquqları, Fransada vətəndaşlıq almağın şərtləri və orada yaşayan müsəlmanlara münasibət haqqında veb-çat vasitəsilə məlumat verilib.
Qeyd edək ki, seminarda Regionşünaslıq, Fəlsəfə və ictimai elmlər kafedralarının müdirləri və müəllimləri iştirak edib.