XƏBƏRLƏR

ADU tələbələri “Halloween” bayramını qeyd edib

01 noyabr, 2017

Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının müəllimi Ülfan Mirzəzadə 202 A qrupunun tələbələri, Təlimdə innovasiyalar kafedrasının müəllimi Lalə Babayeva isə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 448a qrupunun tələbələrinin birgə təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində “Halloween” bayramı keçirilib.

Universitet əməkdaşlarının iştirak etdiyi tədbirdə tələbələr müxtəlif mahnılar səsləndirib, rəqs nümunələri nümayiş etdiriblər. Bununla yanaşı, tədbirdə “Halloween” bayramı ilə bağlı tələbələrimizin ölkəmizdə qonaq olan turistlərlə hazırladıqları video-reportajlar da təqdim edilib.

Sonda iştirakçılar bayramla bağlı təəssüratlarını bölüşüb, tədbirdən zövq aldıqlarını dilə gətiriblər.