XƏBƏRLƏR

ADU-da Xəlil Rza Ulutürkə həsr olunan tədbir keçirilib

31 oktyabr, 2017

Azərbaycan Dillər Universitetində (ADU) Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Xalq şairi X.R.Ulutürkün müxtəlif illərdə yazdığı “Azərbaycan”, “Azadlıq”, “Davam edir 37…”, “Qurban olduğum”, “Ana dili”, “Sənətkara azadlıq” və s. şeirləri böyük sevgi və məhəbbətlə söylənilib.

Tədbirdə iştirak edən ADU-nun rektorunun məsləhətçisi Anar Osmanlı, Təhsil fakültəsinin dekan müavini Ruslan Bağırov, Pedaqogika kafedrasının müdiri dosent Nigar Zeynalova çıxış edərək azadlıq atəşinin, coşğun azadlıq ehtirasının X.R.Ulutürk poeziyasının aparıcı motivini təşkil etdiyini qeyd edib və şairin lirikanı siyasi mübarizənin ideya silahına çevirdiyini, xalqın milli duyğularını, milli bütövlüyünü tərənnüm etdiyini xüsusi vurğulayıblar.

Sonra şairi yaxından tanıyan Pedaqogika kafedrasının dosenti İ.Xəlilov X.R.Ulutürk haqqında öz səmimi xatirələrini bölüşüb.